• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

MMA əfsanəsi Həbiblə döyüşə hazırdır

İDMAN

07 Noyabr 2026 | 23:32 | Müəllif: Əli Hüseynov

MMA əfsanəsi Həbiblə döyüşə hazırdır

Rusiyalı MMA (qarışıq döyüş sənətləri) əfsanəsi Fyodor Yemelyanenko sabiq UFC çempionu Həbib Nurməhəmmədovla nümunəvi qarşılaşmaya razıdır.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə TASS-a açıqlamasında bildirib.

"Əgər Həbib nümunəvi döyüşə qarşı deyilsə, bunu təşkil etmək olar. Mən razılığımı vermişəm. Harada keçiriləcəyinə gəlincə, bunun üçün uyğun platforma tapmaq lazımdır. Bəlkə də növbəti dünya çempionatı çərçivəsində təşkil oluna bilər. Hələlik növbəti çempionatın harada keçiriləcəyi məsələsi həll olunur", - deyə Yemelyanenko bildirib.

Qeyd edək ki, Fyodor Yemelyanenko və Həbib Nurməhəmmədov hazırda Daşkənddə keçirilən sambo üzrə dünya çempionatında iştirak edirlər.

MMA üzrə dünya çempionatı isə noyabrın 1-dən 7-dək Tbilisidə reallaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026