• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qobustanda mikroavtobus aşdı: Ölən var 

HADİSƏ

07 Noyabr 2026 | 14:36 | Müəllif: Zeynəb Rzayeva

Qobustanda mikroavtobus aşdı: Ölən var

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Rəşid Şahmərdan oğlu Məmmədovun idarə etdiyi "Mersedes Vito" markalı mikroavtobusla hərəkətdə olarkən sürücü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.

Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.

Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026