• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vəli Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

CƏMİYYƏT

07 Noyabr 2026 | 17:36 | Müəllif: Zeynəb Rzayeva

Vəli Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentnin müdiri Vəli Məmmədov işdən çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, o, başqa işə keçməsi ilə əlaqədar öz istəyi ilə vəzifəsindən ayrılıb.

V.Məmmədov “PAŞA Sığorta” ASC-nin baş icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, V.Məmmədov 2024-cü ildən AYNA-da Kommunikasiya departamentinin müdiri vəzifəsində çalışırdı.

O, 2011-2018-ci illərdə “Azercell Telekom”da Korporativ kommunikasiya üzrə baş mütəxəssis və digər vəzifələrdə, 2018-2024-cü illərdə isə “PAŞA Həyat Sığorta”da Korporativ kommunikasiya şöbəsinin müdiri, İnzibati bölmənin müdiri vəzifələrində fəaliyyət göstərib./İqtisadiyyat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026