• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Səudiyyə Ərəbistanına raket və dron hücumu

DÜNYA

07 Noyabr 2026 | 21:35 | Müəllif: Əli Hüseynov

Səudiyyə Ərəbistanına raket və dron hücumu

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına və "Saudi Aramco" milli neft şirkətinin obyektlərinə zərbələr endirdiyini iddia edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

Bildirilib ki, husilər çoxsaylı ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etməklə altı əməliyyat həyata keçiriblər.

Bundan başqa, Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərində Milli Qvardiyanın düşərgəsinə də zərbələr endirildiyi iddia olunur. Hücumların hədəfində, həmçinin Yəmənin Əl-Cövf vilayətinin şərqində və Mərib vilayətində Səudiyyə qoşunlarının toplandığı ərazilər olub.

Husilərin iddiasına görə, əməliyyatlar nəticəsində çoxsaylı hərbçi həlak olub və yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR