• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Novxanıda iki maşın toqquşdu: Xəsarət alanlar var

HADİSƏ

07 Noyabr 2026 | 17:02 | Müəllif: Zeynəb Rzayeva

Novxanıda iki maşın toqquşdu: Xəsarət alanlar var

Bu gün saat 12:20-də Bakı şəhəri, Novxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər  verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə Namiq Nuru oğlu Babayevin idarə etdiyi, 77-TC-498 dövlət qeydiyyat nişanlı "KIA Rio" markalı avtomobillə yolda dönmə manevri edən zaman 77-HP-162 dövlət nömrə nişanlı "Lada Granta" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi nəticəsində baş verib.

Qəza nəticəsində "Lada Granta" markalı avtomobilin sürücüsü Qabil Qabil oğlu Xudiyev və sərnişin Zamin Əli oğlu Hüseynli xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026