Almaniyanın “Verder” klubu İngiltərənin “Vest Hem” komandasından icarəyə götürdüyü Niklas Fullkruqu heyətində saxlamaq istəyir.
Bakıvaxtı.az xəbər verir ki, Bundesliqa təmsilçisi 33 yaşlı hücumçunun transfer hüquqlarını birdəfəlik almaq niyyətindədir.
Bildirilir ki, Bremen klubu mövsüm başa çatmamış futbolçunun transferi ilə bağlı danışıqlara başlamağı planlaşdırır. Razılığın əldə olunması isə tərəflərin maliyyə şərtlərində ortaq məxrəcə gəlməsindən asılı olacaq.
Qeyd edək ki, Niklas Fullkruq cari mövsüm “Verder”in heyətində keçirdiyi 10 oyunda 12 qol vurub. O, bu göstəricilərindən sonra Almaniya millisinin baş məşqçisi Yurgen Klopp tərəfindən uzun müddət aradan sonra yığmaya dəvət alıb.
















