• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

8 Noyabr - dövlətçilik salnaməmizin ən mühüm dönüş nöqtəsi

SİYASƏT

07 Noyabr 2026 | 10:14 | Müəllif: Gülşən Şərif

8 Noyabr - dövlətçilik salnaməmizin ən mühüm dönüş nöqtəsi

“8 Noyabr - Zəfər Günü Azərbaycan tarixində dövlətçilik salnaməmizin ən mühüm dönüş nöqtələrindən biridir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə: bu Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin və öz gücünə inamının təntənəsi idi:

"30 ilə yaxın davam edən işğala son qoyuldu, tarixi ədalət bərpa edildi və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bu qələbə Cənubi Qafqazda mövcud güc balansını da dəyişdi. Azərbaycan Ordusu müasir hərbi imkanlarını, yüksək döyüş hazırlığını və peşəkarlığını nümayiş etdirdi”.

Müsahibimiz vurğulayıb ki, Zəfər Azərbaycanın beynəlxalq mövqelərini də əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan artıq yalnız ərazi bütövlüyü pozulmuş ölkə kimi deyil, regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasında iştirak edən müstəqil aktor kimi çıxış edir.

Razi Nurullayev: Zəfər Azərbaycanın beynəlxalq mövqelərini də əhəmiyyətli dərəcədə dəyişdi

Onun sözlərinə görə, beynəlxalq hüquq baxımından isə əsas nəticə ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində təsdiqlənən suverenliyimiz və ərazi bütövlüyümüz faktiki olaraq bərpa edildi.

Deputat qeyd edib ki, qarşıda duran əsas vəzifə Zəfəri davamlı sülhə, iqtisadi inkişafa və regional əməkdaşlığa çevirməkdir.

"8 Noyabrın ən böyük tarixi mənası budur ki, biz yalnız torpaqlarımızı azad etmədik, eyni zamanda gələcək inkişafımız üçün yeni imkanlar qazandıq", - deyə Razi Nurullayev qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026