• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

DÜNYA

07 Noyabr 2026 | 20:26 | Müəllif: Əli Hüseynov

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb.

Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib, yeddisi isə itkin düşüb.

Gəmini idarə edən şirkətin məlumatına görə, itkin düşənlərdən altısı Benin, biri isə Rusiya vətəndaşı olub.

Hazırda itkin düşən daha iki dənizçinin axtarışları davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026