• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Prezidentlə şəhid anası arasında səmimi söhbət 

CƏMİYYƏT

07 Noyabr 2026 | 00:21 | Müəllif: Subhan Mahmudov

Prezidentlə şəhid anası arasında səmimi söhbət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.

Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub.

Prezident İlham Əliyev: Allah Soltanlı uğrunda döyüşlərdə şəhid olanlara rəhmət eləsin.

Qadın sakin: Şəhid anasıyam. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin sahibi Ziyadxan Əliyevin anasıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın. Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz.

Prezident İlham Əliyev: Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq.

Qadın sakin: Bəli, həmişə arxanızdayıq, Sizi sevirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026