• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paraqvayın sabiq prezidenti ev dustaqlığına alınıb

DÜNYA

07 Noyabr 2026 | 09:07 | Müəllif: Günəş Mərd

Paraqvayın sabiq prezidenti ev dustaqlığına alınıb

Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustaqlığına alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ABC Color” qəzeti məlumat yayıb.

    Məlumata görə noyabrın 7-də yerli vaxtla saat 11:00-da sabiq dövlət başçısı dindirilmək üçün aparılacaq.

    Bundan əvvəl prokurorluq təxminən 3 milyon müştərinin hesablarının dondurulduğu “Ueno Bank” işi çərçivəsində Penyanın saxlanılması ilə bağlı qərar qəbul edib.

    Qeyd edək ki, noyabrın 6-da senatorlar Penyanın impiçmenti məsələsini dəstəkləyiblər.

    Onun vəzifədən uzaqlaşdırılmasını istəyənlər sabiq prezidentin “Ueno Bank”la ehtimal olunan əlaqələri səbəbilə maraqlar toqquşmasında ittiham edirlər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026