• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millətlər Liqasında birinci olmalıyıq - Tuhel

İDMAN

06 Noyabr 2026 | 18:16 | Müəllif: Subhan Mahmudov

Millətlər Liqasında birinci olmalıyıq - Tuhel

İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel Millətlər Liqasındakı çıxışları və qarşıdakı oyunlar barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis bu barədə “Sky Sports”a açıqlamasında bildirib.

İngiltərə noyabrın 12-də Xorvatiya, 15-də isə İspaniya ilə qarşılaşacaq.

“Qrupda birinci yeri tutmağı hədəfləyirəm. Komandamızın bu məqsədə can atmayacağı təqdirdə təəccüblənərdim. Final mərhələsinin İspaniyada keçirilməsini istəyirik. Qarşımızda vacib nəticələrin həll olunduğu gərgin oyunlar olmasını arzulayırıq. Millətlər Liqasından Avropa çempionatına mümkün qədər yaxşı hazırlaşmaq üçün istifadə etmək istəyirik.

Xorvatiya ilə oyun mənim üçün çox vacibdir. Xüsusilə də əvvəlki görüşümüzün nəticəsini nəzərə alsaq. Həmin nəticə ədalətli idi, amma o zaman necə oynadığımızı, nə qədər səy göstərdiyimizi xatırlamalıyıq. İndi də yüksək səviyyəli oyun nümayiş etdirməliyik. Xorvatiya İspaniya ilə matçda çox yaxşı təsir bağışladı və qələbəyə çox yaxın idi. Hazırda bütün diqqətimiz bu oyuna yönəlib.

Qısa müddətdə iki çox güclü milliyə qarşı oynayacağıq. Hazırlıq üçün cəmi iki günümüz – çərşənbə axşamı və çərşənbə günləri olacaq. Bu müddətdə meydanda oyun sxemlərimizi və üslubumuzu bərpa etməyə çalışacağıq”, - deyə Tuhel bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026