• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Metronun iş rejimi 4 günlük dəyişdirilir

CƏMİYYƏT

07 Noyabr 2026 | 15:22 | Müəllif: Zeynəb Rzayeva

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək.

“İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək, həmçinin “İçərişəhər-Həzi Aslanov” və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə - 3 dəqiqə aralığında olacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026