Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Elnur Əli oğlu Ələsgərliyə “general-mayor” ali hərbi rütbəsi verilib.
Bakıvaxtı.az məlumat verir ki, Elnur Ələsgərli 2024-cü ilin iyun ayından Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edir. O, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur.
Onun rəhbərlik etdiyi institutda əməliyyat-taktiki və əməliyyat-strateji səviyyələr üzrə zabit kadrlarının hazırlanması həyata keçirilir. Eyni zamanda, Türkiyə Respublikasının Milli Müdafiə Universiteti ilə əməkdaşlıq çərçivəsində hərbi təhsil modellərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
















