Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 89 yaşında vəfat edib.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib.
Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də anadan olub. Aktrisanın ilk böyük işi "Həmyaşıdlar" (1959) filmi olub.
















