• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gimnastımızdan dünya çempionatında gümüş medal

İDMAN

07 Noyabr 2026 | 13:20 | Müəllif: Günəş Mərd

Gimnastımızdan dünya çempionatında gümüş medal

Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan idmançı final mərhələsində 29.700 xal toplayaraq ikinci yeri tutub.

Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.

Finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl, ABŞ gimnastı Kaden Brown isə bürünc medala sahib olub.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan təmsilçilərinin tamblinq üzrə dünya çempionatında çıxışları başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026