• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

SİYASƏT

07 Noyabr 2026 | 22:26 | Müəllif: Əli Hüseynov

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında Qarabağda ikitərəfli görüş keçiriləcək.

Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026