• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İraq OPEC ilə danışıqlar aparır

DÜNYA

08 Noyabr 2026 | 00:45 | Müəllif: Əli Hüseynov

İraq OPEC ilə danışıqlar aparır

İraq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə ixrac limitlərini artırmaq üçün danışıqlar aparır və neft hasilatını artırmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin neft naziri Bassem Mohammed Xudair İraqın INA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, İraqın istehsal gücü ixrac imkanlarını üstələyir, lakin ölkə OPEC tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyə davam edir.

Xudayr qeyd edib ki, İraqın konkret şəraiti və ölkənin son beş onillikdə üzləşdiyi çətinliklərin xarakteri nəzərə alınmaqla, ixrac limitinin artırılması üçün OPEC ilə dialoq aparılır.

Nazir həmçinin təsdiqləyib ki, İraq ölkənin gündəlik 4,431 milyon barel hasilat limitini qoruyub saxlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026