• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsraildə yeni hökuməti formalaşdırmaq ona tapşırılacaq

DÜNYA

08 Noyabr 2026 | 09:25 | Müəllif: Günəş Mərd

İsraildə yeni hökuməti formalaşdırmaq ona tapşırılacaq

İsrail Prezidenti İshak Hersoq yeni hökuməti formalaşdırmaq mandatını “Yaşar” partiyasının sədri Qadi Ayzenkota verəcək.

Bakıvaxtı.az xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, mandatın təqdimetmə mərasimi bu gün yerli vaxtla saat 17:00-da keçiriləcək.

Ayzenkot hökuməti formalaşdırmaq üçün 28 gün vaxt alacaq. Zərurət yaranarsa, bu müddət daha 14 gün uzadıla bilər.

Qeyd edək ki, Ayzenkotun namizədliyini Knessetin 120 deputatından 67-si, hazırkı Baş nazir Binyamin Netanyahunun namizədliyini isə 46 deputat dəstəkləyib. 7 deputat heç bir namizədə dəstək verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026