• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şahbaz Şərifdən Zəfər Günü ilə bağlı PAYLAŞIM

SİYASƏT

08 Noyabr 2026 | 11:05 | Müəllif: Günəş Mərd

Şahbaz Şərifdən Zəfər Günü ilə bağlı PAYLAŞIM

8 Noyabr demək olar ki, üç onillikdən sonra ölkənin ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycan xalqının cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutu olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Pakistan o dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyurdu və onu hər zaman dəstəkləyəcək. Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini əyani şəkildə nümayiş etdirib", - o qeyd edib

Baş nazir həmçinin Azərbaycana gələcək inkişaf və yeni uğurlar, Cənubi Qafqaza isə möhkəm sülh və ümumi rifaha doğru irəliləməyi arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR