• Bakı 14° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Rusiya-Hindistan hərbi əməkdaşlığı genişlənir – STRATEJİ HESABLAŞMA

SİYASƏT

05 Noyabr 2026 | 11:26 | Müəllif: Gülşən Şərif

Rusiya-Hindistan hərbi əməkdaşlığı genişlənir – STRATEJİ HESABLAŞMA

Rusiyanın "Kalaşnikov" konserninin MP-155 tüfənglərini Hindistanda istehsal etməsi planı gündəmdədir.

Bu addım Rusiyanın sanksiyalar fonunda hərbi sənayesini köçürmək strategiyasının bir hissəsi sayıla bilərmi və Rusiya-Hindistan hərbi yaxınlaşması region üçün nələr vəd edir?

Mövzu ilə bağlıBakıvaxtı.az-a açıqlama verən politoloq Kamran Məmmədli bildirib ki, Rusiya bu cür addımlarla sanksiyalardan yayınmağa çalışır:

"Rusiya sanksiyalardan yayınmaq üçün Hindistan, Çin və digər bəzi müttəfiq olduğu ölkələrdən istifadə edir. Lakin hesab edirəm ki, bu, qarşılıqlıdır. Necə ki, Rusiya bunda maraqlıdır, eyni ilə Hindistanın da müəyyən maraqları var. Hindistan üçün Rusiya ilə əlaqələr "strateji muxtariyyət" prinsipinin təminatıdır”.

Müsahibimiz qeyd edib ki, Hindistan bir tərəfdən ABŞ və digər tərəfdaşları ilə əməkdaşlıq edir, digər tərəfdən Rusiya ilə hərbi bağlarını qoruyaraq Moskvanın tamamilə Çinin təsir orbitinə düşməsinin qarşısını almağa çalışır. Bu balanslaşdırma Rusiyanın Hindistan-Çin sərhəd qarşıdurmalarında Pekinin tərəfini tutmasını əngəlləyir.

Kamran Məmmədli:Hindistan üçün Rusiya ilə əlaqələr "strateji muxtariyyət" prinsipinin təminatıdır

Politoloq qeyd edib ki, ABŞ Hindistanın Rusiya silahlarından asılılığının bitməsini istəsə də, sərt addım atmır.

"ABŞ Hindistanın Çini tarazlaşdıran əsas regional dayaq olduğunu bildiyi üçün ona qarşı sərt sanksiyalar tətbiq edə bilmir. Hindistan da bunu bildiyi üçün manevr imkanlarını genişləndirir. Həm ABŞ ilə, həm də Rusiya ilə balanslı siyasət apararaq hər iki tərəfdən faydalanır", - Kamran Məmmədli vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026