• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİQQƏT! Paytaxtın bu ərazilərində işıq OLMAYACAQ

CƏMİYYƏT

04 Noyabr 2026 | 22:51 | Müəllif: Subhan Mahmudov

DİQQƏT! Paytaxtın bu ərazilərində işıq OLMAYACAQ

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsi, Moskva prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonunda Əli Vəliyev küçəsi və Qara Qarayev prospektinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026