• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Məktəbin ətrafını kafelər və avtomobillər zəbt etdi - VİDEO

CƏMİYYƏT

05 Noyabr 2026 | 09:26 | Müəllif: Əli Hüseynov

Məktəbin ətrafını kafelər və avtomobillər zəbt etdi - VİDEO

Paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, 27 ünvanında yerləşən 257 saylı məktəbin ətrafını kafelər və avtomobillər zəbt edib.

Bakıvaxtı.az Xəzər Tv-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin hasarına bitişik kafe və şirniyyat evi, digər iaşə obyektlərinin yaratdığı vəziyyət həm övladı bu məktədə oxuyan valideynlərin, həm də digər sakinlərin narahatlığına səbəb olub.

Vətəndaşlar aidiyyəti qurumların qeyd olunan problemlərlə bağlı tədbirlər görməsini istəyirlər.

Çəkiliş qrupumuzla məktəbin həyətinə bitişik, illərdir səkiləri zəbt edərək fəaliyyət göstərdiyi bildirilən iaşə obyektlərinə yaxınlaşdıq. Kameramızın obyektivindən yayınan kafe əməkdaşları ərazidəki avtomobillərin müştərilərə aid olmadığını deyərək, açıqlama verməkdən yayındılar.

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, əraziyə baxış keçiriləcək və qeyd olunanlarla bağlı müvafiq tədbirlər görüləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026