• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

İQTİSADİYYAT

05 Noyabr 2026 | 15:34 | Müəllif: Əli Hüseynov

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq, hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Qeyd edilib ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 20 manat məbləğində aksiz müəyyən edilib. Eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində 1 ədəd mobil cihazın gətirilməsi nəzərdə tutulub və bu müddəalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026