• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin: Yaponiyanın hərbiləşdirilməsi ciddi təhlükə yaradır

DÜNYA

05 Noyabr 2026 | 15:11 | Müəllif: Gülşən Şərif

Çin: Yaponiyanın hərbiləşdirilməsi ciddi təhlükə yaradır

Pekin Yaponiyanın hərbi xərcləri artırmaq planını regional sülhə təhdid adlandırıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib.

Diplomatın sözlərinə görə, Tokio dekabrda milli təhlükəsizliklə bağlı üç sənədi yeniləməyə hazırlaşır  və Çini yenə “ən böyük strateji çağırış” kimi təqdim edəcək:

"Yaponiya milli təhlükəsizliklə bağlı üç sənədi yenidən nəzərdən keçirməyə, hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa və hücum imkanlarını inkişaf etdirməyə can atır. Bu, onun militarizasiyanı sürətləndirmək ambisiyalarını açıq şəkildə nümayiş etdirir".

Quo Ciakun qeyd edib ki, Tokionun yenidən hərbiləşdirilməsi və yalnız müdafiə tədbirləri prinsipindən kənara çıxmaq cəhdləri müharibədən sonrakı beynəlxalq nizamı şübhə altına salır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026