• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Aİ Gürcüstanı yeni sanksiyalarla hədələdi

DÜNYA

05 Noyabr 2026 | 13:28 | Müəllif: Gülşən Şərif

Aİ Gürcüstanı yeni sanksiyalarla hədələdi

Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Onun sözlərinə görə, Aİ 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirləri müzakirə etməyi planlaşdırır. Hazırda bütün variantlar masadadır:

"Gürcüstan hakimiyyəti demokratik prinsiplərdən uzaqlaşıb. Avropa Komissiyasının noyabrın 4-də dərc olunan hesabatında da qeyd olunur ki, Tbilisi demokratiya və fundamental hüquqlarla bağlı narahatlıqları aradan qaldırmayıb. Bu isə vizasız rejimi təhlükə altına qoyur.Sənədə əsasən, Gürcüstanın Aİ-yə üzvlük prosesi faktiki dayanıb və ölkə yalnız formal olaraq namizəd statusunu saxlayır".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026