• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro köçürüb

DÜNYA

05 Noyabr 2026 | 15:15 | Müəllif: Gülşən Şərif

Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro köçürüb

Avropa Komissiyası (AK) Ukraynaya 4,36 milyard avro köçürüb – bunun 3,7 milyard avrosu büdcə dəstəyi, 658 milyon avrosu isə müdafiə ehtiyacları üçün nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Vəsait 90 milyard avro dəyərində kredit proqramı çərçivəsində ayrılıb. Ukrayna büdcə tranşını almaq üçün vergi, büdcə və digər islahatlarla bağlı tələb olunan 12 şərti tam yerinə yetirib.

Müdafiə ehtiyacları üçün ayrılan vəsait pilotsuz uçuş aparatlarının, raketlərin, radarların, radioelektron mübarizə sistemlərinin və hava hücumundan müdafiə üçün döyüş sursatlarının alınmasına yönəldiləcək. Vəsaitin böyük hissəsi Ukrayna şirkətlərinin avadanlıqlarına xərclənəcək.

2026-cı ilin sonunadək Avropa İttifaqının (Aİ) daha 25,2 milyard avroluq maliyyə dəstəyi Ukrayna üçün əlçatan olaraq qalır. Lakin bu vəsaitin verilməsi müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən asılıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026