Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən digər obyektlərə də daxil olaraq talama cinayətləri törədib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
















