Avroviziya təmsilçimiz Çingiz Mustafayev imicində dəyişiklik edib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni uzun illərdir istifadə etdiyi saqqalına vida edib. Sənətçi saqqalını kəsdirərək daha fərqli görünüşə üstünlük verib.
Yeni görünüşdə fotosunu sosial şəbəkə hesabında paylaşan Çingiz dəyişikliklə bağlı “Hərdən lazımdı” şərhini yazıb.
İfaçının yeni imici izləyicilərinin də diqqətini çəkib.
















