• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İsmayıl Kartal “Traktor”a gedə bilər

İDMAN

05 Noyabr 2026 | 14:04 | Müəllif: Əli Hüseynov

İsmayıl Kartal “Traktor”a gedə bilər

Türkiyənin “Fənərbağça” klubunun sabiq baş məşqçisi İsmayıl Kartalın karyerasını İranda davam etdirmək ehtimalı yaranıb.

Bakıvaxtı.az “Ajansspor”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Traktor” klubundan rəsmi təklif alıb.

Təklifdən sonra klub rəhbərliyi ilə İsmail Kartal arasında danışıqlara başlanılıb.

Tərəflər arasında aparılan müzakirələrin nəticəsi və türkiyəli mütəxəssisin təklifə verəcəyi cavab hələlik məlum deyil.

Qeyd edək ki, İsmayıl Kartal 2025-ci il yanvarın 27-də İranın “Persepolis” klubu ilə müqavilə imzalayıb. O, mövsümün sonunadək komandanın baş məşqçisi vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026