• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dirk Kuyt "Fənərbağça"da qalmaq istəyir

İDMAN

05 Noyabr 2026 | 13:49 | Müəllif: Əli Hüseynov

Dirk Kuyt "Fənərbağça"da qalmaq istəyir

"Fənərbağça"nın müvəqqəti baş məşqçisi Dirk Kuyt fəaliyyətini İstanbul klubunda davam etdirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə UEFA Çempionlar Liqasının IV turunda "Liverpul" üzərində qazanılan 3:2 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında danışıb.

Kuyt deyib ki, klub prezidenti və baş məşqçi Emre Belözoğlunun razı olacağı təqdirdə komandada qalmağa hazırdır:

"Klub üçün ən vacib olan nədirsə, onu etməliyik. Əlbəttə, burada qalmaq istəyirəm. "Fənərbağça"nı çox sevirəm. Amma əsas məsələ klubun bundan sonra irəliyə doğru addımlamasıdır".

46 yaşlı mütəxəssis Emre Belözoğlu ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni baş məşqçi ilə matçdan əvvəl görüşüblər, bir-birinə uğurlar arzulayıblar.

Qeyd edək ki, İsmail Kartalın istefasından sonra Dirk Kuyt müvəqqəti olaraq "Fənərbağça"nın əsas komandasına rəhbərlik edib. Emre Belözoğlunun baş məşqçi vəzifəsinə təyinatı isə noyabrın 3-də açıqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026