ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri Tramp üçün strateji məğlubiyyətdir.
Bakıvaxtı.az Tasnim-ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.
General-mayor bildirib ki, İran xalqı Trampa həm döyüş meydanında, həm Hörmüz boğazında, həm də Vaşinqtonda məğlubiyyət yaşadıb.
"Amerika vətəndaşları və ABŞ hökuməti Trampın müharibəni qızışdırmasının ağır xərclərini ödəyib. Siyasi məğlubiyyət ABŞ-nin İrana qarşı fevralda başlayan qanunsuz müharibəsindəki uğursuzluqlar siyahısına əlavə olunur. Müharibə Hörmüz boğazında tranzitin məhdudlaşdırılmasına və yanacaq qiymətlərinin artmasına səbəb olub. İran ilə toqquşan hər kəs döyüş meydanından evinin qapısına qədər ağır bədəl ödəyəcək", - deyə Rızayi vurğulayıb.
Qeyd edək ki, ABŞ-də 3 noyabr aralıq seçkilərində Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlüyü itirib. Tramp özü də yanacaq qiymətlərinin artmasına səbəb olan İranla müharibənin məğlubiyyətdə rol oynadığını etiraf edib.
Gülşən Şərif
















