• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tanınmış aktrisa vəfat etdi

MƏDƏNİYYƏT

04 Noyabr 2026 | 22:54 | Müəllif: Subhan Mahmudov

Tanınmış aktrisa vəfat etdi

Rusiyanın Əməkdar artisti Yekaterina Raykina vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa 88 yaşında noyabrın 3-də uzun sürən xəstəlikdən sonra xəstəxanada dünyasını dəyişib.  

Qeyd edək ki, Yekaterina Raykina Rusiyanın Xalq artisti Arkadi Raykin və aktrisa Rufa Raykina-İoffenin ailəsində anadan olub. 

Aktrisa səhnəyə ilk dəfə 12 yaşında çıxıb. Onun ən yaddaqalan teatr rolları arasında “Şahzadə Turandot”, “Xanımlar və hussarlar”, “Mesenat” və “Antoni və Kleopatra” tamaşalarındakı obrazları yer alıb.

Sənətçi kino sahəsində də fəaliyyət göstərib. Onun çəkildiyi filmlər arasında “Mömin Marta”, “Qadınlar klubu”, “On üçüncü sədr”, “Milyonçu qadın”, “Tələ”, “Sofiya Perovskaya” və “Xanımlar və hussarlar” ekran işləri var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026