Filmlərinin əksəriyyəti erotik və pornoqrafik məzmunlu olan italiyalı rejissor Tinto Brass 93 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyi rejissorun həyat yoldaşına və övladlarına istinadən məlumat yayıb.
Brass noyabrın 4-də səhər saatlarında Romada vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb. Ailəsi dəfn mərasiminin qapalı şəkildə keçirilməsini planlaşdırır.
Tinto Brass 26 mart 1933-cü ildə Milanda anadan olub. Hüquq təhsili aldıqdan sonra Parisə köçən rejissor dünyanın ən böyük kino arxivlərindən biri olan Fransız Kinematoqrafiya Mərkəzində (Cinémathèque Française) çalışıb.
İtaliyaya qayıtdıqdan sonra kino sahəsində rejissor assistenti kimi fəaliyyətə başlayıb. Daha sonra özünəməxsus üslubu və erotik kino janrındakı filmləri ilə tanınıb.
Murad İsmayıl
















