Bu ilin yanvar-sentyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çatıb. Bu, müvafiq dövr üzrə tarixi rekorddur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Səfir qeyd edib ki, Çin Azərbaycanın ən böyük idxal mənbəyi statusunu qoruyub saxlayır.
















