• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hörmüz boğazında iki tanker yanıb

DÜNYA

06 Noyabr 2026 | 11:49 | Müəllif: Günəş Mərd

Hörmüz boğazında iki tanker yanıb

Hörmüz boğazında iki neft tankerində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, tankerlər naviqasiya sistemlərini söndürərək müəyyən edilmiş qaydaları pozub və boğazın gəmilərin hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməyə cəhd göstəriblər.

Nəticədə hər iki gəmi dəniz minalarına toxunaraq yanmağa başlayıb.

Məlumatda tankerlərin hansı ölkəyə məxsus olduğu və hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə əlavə təfərrüatlar açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026