• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mingəçevirdə yük avtomobili bataqlıqda batıb

HADİSƏ

06 Noyabr 2026 | 10:23 | Müəllif: Günəş Mərd

Mingəçevirdə yük avtomobili bataqlıqda batıb

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Aran Regional Mərkəzinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.

Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxslərin yeri müəyyən edilib, çətin keçilən ərazidə qalmış iki nəfər vətəndaş təhlükəsiz yerə təxliyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026