• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Batutçulardan daha bir uğur

İDMAN

06 Noyabr 2026 | 10:24 | Müəllif: Günəş Mərd

Batutçulardan daha bir uğur

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatı davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, bu gün yarış proqramının ilk hissəsində kişilərin sinxron proqramı üzrə təsnifat mərhələsi keçirilib.

Bu proqramda ölkəmizi təmsil edən Maqsud Mahsudov və Hüseyn Abbasov uğurlu çıxış edərək 50.900 xal toplayıblar.

Gimnastlarımız bu nəticə ilə 12-ci pillədə qərarlaşaraq ikinci təsnifat mərhələsində iştirak hüququ qazanıblar. Günün ikinci yarısında isə bizi daha bir neçə maraqlı və həyəcanlı qarşılaşma gözləyir.

Belə ki, batut gimnastikası üzrə kişilərin sinxron proqramında təsnifat və yarımfinal, qarışıq sinxron proqramda yarımfinal, tamblinq üzrə fərdi proqramda ikinci təsnifat mərhələsi, eləcə də komanda hesabında final yarışları keçiriləcək.

Taqlar:batutÇin

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026