ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti addımlarını müəyyənləşdirmək üçün üç mümkün variantı nəzərdən keçirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın qarşısında üç seçim var: İrana yeni hərbi zərbələr endirmək, İran hakimiyyətinə qarşı iqtisadi təzyiqi davam etdirmək və ya Tehrana ciddi güzəştlər nəzərdə tutan razılaşma əldə etmək.
Məlumata əsasən, Tramp və onun milli təhlükəsizlik üzrə yüksək vəzifəli müşavirləri Konqresə aralıq seçkilərindən sonra ilk dəfə İran məsələsini müzakirə ediblər. Görüş həftəlik kəşfiyyat brifinqi çərçivəsində baş tutub.
Bununla yanaşı, regionda diplomatik təmaslar da intensivləşib. İranın xarici işlər naziri Abbas Əraqçi Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Misirdən olan regional vasitəçilərlə bir sıra telefon danışıqları aparıb.
Mənbənin məlumatına görə, bu təmaslar İran ətrafında yaranmış vəziyyətin diplomatik yolla həlli istiqamətində müzakirələrin davam etdiyini göstərir.
Murad İsmayıl
















