• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Tesla" və "SpaceX" səhmləri kəskin ucuzlaşıb

İQTİSADİYYAT

06 Noyabr 2026 | 11:11 | Müəllif: Gülşən Şərif

"Tesla" və "SpaceX" səhmləri kəskin ucuzlaşıb

ABŞ-də aralıq seçkilərdə Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsindən sonra İlon Maskın şirkətlərinin səhmləri kəskin ucuzlaşıb.

Bakıvaxtı.az "Business Insider"ə istinadən xəbər verir ki, son iki gündə "Tesla" və "SpaceX"in səhmləri təxminən 15% dəyər itirib.

Məlumata görə, buna səbəb investorların Demokratların Maskın biznesinə nəzarəti sərtləşdirəcəyindən ehtiyat etməsidir. Mask seçki kampaniyası zamanı respublikaçılara böyük maliyyə dəstəyi göstərib və məğlubiyyət onun üçün əlavə risklər yaradıb.

Bununla yanaşı, süni intellekt və məlumat mərkəzləri ilə bağlı səhmlərin kütləvi satışı da təzyiqi artırıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026