• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Svetofor işləmirsə, bu nömrəyə zəng edin

CƏMİYYƏT

06 Noyabr 2026 | 11:47 | Müəllif: Günəş Mərd

Svetofor işləmirsə, bu nömrəyə zəng edin

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

"Xatırladırıq ki, Bakı şəhərində yerləşən svetoforlar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Paytaxt üzrə yol hərəkətinin vəziyyəti müşahidə kameraları vasitəsilə daim nəzarətdə saxlanılır. Svetoforların iş rejimində problem yarandıqda  qeydə alınır, yol polisinə məlumat verilir və nasazlığın aradan qaldırılması məqsədilə texniki əməkdaşlar əraziyə yönləndirilir.

Lakin kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda nasazlıq yarandıqda, onu dərhal aşkar etmək mümkün olmur.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində fəaliyyət göstərən +994 (012) 590 86 02 telefon nömrəsinə məlumat versinlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026