Fransanın 207 şəhərində keçirilən etiraz aksiyalarında ümumilikdə 1,57 milyon insan iştirak edib.
Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, bu barədə Ümumi Əmək Konfederasiyasının (CGT) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkə üzrə 250-dən çox nümayiş və mitinq planlaşdırılıb. Ən izdihamlı nümayişlər Parisdə - 350 min, Marseldə - 150 min və Bordoda - 120 min iştirakçı ilə keçirilib.
Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın 29-da, 2027-ci il büdcə müzakirələri fonunda başlayıb və o vaxtdan bəri ölkənin böyük bir hissəsinə yayılıb. Məktəblilər daha yaxşı təhsil şəraiti və müəllim çatışmazlığının aradan qaldırılmasını tələb edirlər. Məktəb və universitet sistemlərinin vəziyyətindən narazı olan tələbələrə həmkarlar ittifaqları və "sarı jiletlilər" hərəkatı qoşulub.
Gülşən Şərif
















