• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda “Uber”in adı dəyişdirildi

CƏMİYYƏT

06 Noyabr 2026 | 11:35 | Müəllif: Günəş Mərd

Azərbaycanda “Uber”in adı dəyişdirildi

Azərbaycanda fəaliyyət göstərən “Uber” taksi sifarişi xidmətinin adı dəyişdirilib.

Bakıvaxtı.az FED.az-a istinadən xəbər verir ki, platforma bundan sonra “Heetch AZ” adı ilə fəaliyyət göstərəcək.

Dəyişikliklə bağlı məlumat tətbiqin “Quql Pley” (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında “Uber AZ”ın artıq “Heetch” olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.

Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026