• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Marqus Tsahkna noyabrın sonunda Azərbaycana gələcək

SİYASƏT

04 Noyabr 2026 | 18:45 | Müəllif: Subhan Mahmudov

Marqus Tsahkna noyabrın sonunda Azərbaycana gələcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Bakıvaxtı.az  xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının əməkdaşlıq üzrə dördüncü iclasının açılışında iştirakından məmnunluğunu ifadə edib:

“Son illərdə iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Azərbaycan Estoniya üçün Cənubi Qafqazda mühüm tərəfdaş olaraq qalır, Estoniya şirkətlərinin isə Azərbaycan bazarına marağı artır. Tərəflər ticarət, innovasiya, rəqəmsal sahə, enerji, təhsil və turizm istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıqlarını bir daha təsdiqləyiblər”.

Tsahkna ayın sonunda Bakıda Estoniya səfirliyinin rəsmi açılışı zamanı bu müzakirələri davam etdirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026