• Bakı 13° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Ərdoğan Azərbaycana gələcək - YENİLƏNİB 

SİYASƏT

05 Noyabr 2026 | 13:09 | Müəllif: Günəş Mərd

Ərdoğan Azərbaycana gələcək - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, o bu barədə mediaya açıqlamasında məlumat verib.

    “Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.

    “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.

    ***

    12:31

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

    Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026