• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yüksək səslə mahnıya qulaq asdı, həbs olundu

HADİSƏ

05 Noyabr 2026 | 09:54 | Müəllif: Əli Hüseynov

Yüksək səslə mahnıya qulaq asdı, həbs olundu

Bakıda avtomobildə yüksək səslə musiqiyə qulaq asan gənc həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai rayonu "Ağ şəhər" ərazisində, Mərkəzi Bulvar küçəsində qeydə alınıb.

19 yaşlı İ. Məmmədli idarə etdiyi "Tesla" markalı avtomobildə axşam saatlarında yüksək səslə mahnıya qulaq asıb. Bununla da ətrafdakı insanları narahat edib və onların haqlı narazılığına səbəb olub. Ərazidə xidmətdə olan yol polisi əməkdaşları onu saxladaraq, insanların narazılığını çatdırıb irad bildirsələr də, İ. Məmmədli buna məhəl qoymayıb. Nəticədə o, saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə 4 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026