• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Tramp Heqseti vəzifəsindən azad edəcək? - YENİLƏNİB

DÜNYA

05 Noyabr 2026 | 00:32 | Müəllif: Subhan Mahmudov

Tramp Heqseti vəzifəsindən azad edəcək? - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib və onun işini yaxşı yerinə yetirdiyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp Heqsetin vəzifəsində yaxşı fəaliyyət göstərdiyini qeyd edib.

    O, həmçinin Heqsetin Respublikaçı senator Marşa Blekbernin yerini tuta biləcəyini və bu vəzifədə çox populyar olacağını bildirib.

    Xatırladaq ki, “CBS News” Trampın köməkçiləri ilə Heqsetin mümkün istefasını müzakirə etdiyi barədə məlumat yayıb.

     

    ***00:11

    ABŞ Prezidenti Donald Tramp müşavirləri ilə Pentaqon rəhbəri Pit Heqsetin mümkün istefasını müzakirə edir.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.

    Bildirilib ki, Tramp respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Heqsetin vəzifəsində qalıb-qalmamasını müşavirləri ilə müzakirə edir. Lakin onun mümkün əvəzlənməsi ilə bağlı hələ qərar verilməyib.

    Telekanalın məlumatına görə, demokratların Konqresin hər iki palatasında nəzarəti ələ keçirməsi Heqsetin vəzifədən uzaqlaşdırılması ilə bağlı cəhdləri intensivləşdirə bilər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR