• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

6 yaşlı şəhidin anası dünyasını dəyişdi

HADİSƏ

05 Noyabr 2026 | 09:44 | Müəllif: Əli Hüseynov

6 yaşlı şəhidin anası dünyasını dəyişdi

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az “Gencexeber”ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi “Lada Niva” markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb.

Qəza zamanı avtomobildə sərnişin qismində olan Todan kənd sakini 64 yaşlı Naqilə Həsənəliyeva ağır xəsarət alıb.

O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Bildirilir ki, hadisə zamanı avtomobilin sürücüsü maşını saxlayaraq sükan arxasından enibmiş. Bu zaman nəqliyyat vasitəsi enişə doğru sürüşməyə başlayıb və sürətlənərək dərəyə yuvarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.

Xatırladaq ki, Həsənəliyev Sirac Qulu oğlu 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində həyətdə oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026