• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

CƏMİYYƏT

05 Noyabr 2026 | 09:02 | Müəllif: Günəş Mərd

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, F.İmrəliyevə general-mayor rütbəsi verilib.

Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən F.İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.

Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026