• Bakı 14° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Şəhid ailələri və müharibə əlillərinə ŞAD XƏBƏR

CƏMİYYƏT

05 Noyabr 2026 | 11:46 | Müəllif: Günəş Mərd

Şəhid ailələri və müharibə əlillərinə ŞAD XƏBƏR

2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, növbəti ildə nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil, avtomobil və reabilitasiya vasitələri ilə təminatı proqramları da davam etdiriləcək.

Belə ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində 600 mənzilin alınması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bununla yanaşı, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün 30 milyon manatdan çox vəsait ayrılması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026