• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan şahmatçısı U-20-də bürünc medal qazanıb

İDMAN

05 Noyabr 2026 | 12:12 | Müəllif: Günəş Mərd

Azərbaycan şahmatçısı U-20-də bürünc medal qazanıb

Azərbaycan şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə gənclər arasında (U-20) dünya çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Ölkəni yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə 9 turda 7 xal toplayan R.Səmədov üçüncü yeri tutub. O, liderdən yarım xal geri qalıb. Ş.Talıbov isə 6,5 xalla 8-ci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.

Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026